Logo

Fizika fənni üzrə müsabiqənin ikinci mərhələsinin nəticələri açıqlanıb

15.11.2022 14:11 461 baxış
IMG

Fizika fənni üzrə 8-9-cu siniflər arasında keçirilən müsabiqənin II mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 50 və daha yüksək bal toplayan şagirdlər final mərhələsində iştirak hüququ qazanıblar. Nəticələri olimpiada.edu.az saytına daxil olaraq əldə etmək mümkündür.

Final mərhələsi noyabrın 26-da saat 10:00-da Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək.

Müsabiqə uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilib.

Xəbər lenti