Logo

Respublika fənn olimpiadalarına qeydiyyat davam edir

15.11.2022 10:15 418 baxış
IMG

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesi davam edir.

Tehsil.biz xəbər verir ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər:

-11-24 noyabr 2022-ci il tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;

- 25-28 noyabr 2022-ci il tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi;

- 29 noyabr-7 dekabr 2022-ci il tarixlərində isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.

Olimpiadada iştirak etmək istəyən şagirdlərin qeydiyyatlarının tamamlandığına dair onların şəxsi kabinetlərindəki əlaqə nömrələrinə SMS bildiriş göndəriləcək, eyni zamanda qeydiyyat pəncərəsində “Qeydiyyatınız tamamlandı” yazısı görünəcək. 

Qeyd edək ki, fənn olimpiadalarında IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdləri də iştirak edə bilərlər. 

Xəbər lenti