Logo

Təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən məsul şəxsləri üçün seminar təşkil olunub - FOTO

15.11.2022 00:23 504 baxış
IMG

“Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzində “Miqrasiya qanunvericiliyi sahəsində yeniliklər və elektron resurslardan səmərəli istifadə” mövzusunda seminar keçirilib.

DMX-dən "Tehsil.biz"ə verilən məlumata görə, seminarda qurumun məsul şəxsləri, Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin əcnəbi tələbələri ilə bilavasitə işləyən əməkdaşları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov layihənin önəmini və əcnəbi tələbələrlə işləyən təhsil müəssisələrinin əməkdaşlarının miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirilməsində tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə DMX-nin məsul əməkdaşları Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı miqrasiya qanunvericiliyinin müxtəlif aspektlərini və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılıb.

Xəbər lenti