Logo

Tələbələr şəhid Turqut Xəlilbəylinin ailəsini ziyarət ediblər

14.11.2022 11:02 445 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Könüllüləri Təşkilatının nəzdində fəaliyyət göstərən Kitab klubun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Turqut Xəlilbəylinin ailəsi ziyarət olunub.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, şəhidin ailə üzvləri tərəfindən tələbələrə Turqut Xəlilbəylinin keçdiyi şərəfli döyüş yolu və xatirələrindən bəhs edilib, onun Vətənə olan məhəbbətinin tükənməzliyi vurğulanıb.

Daha sonra tələbələri Turqut Xəlilbəylinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış şəhid bulağını ziyarət ediblər.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib, xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Xəbər lenti