Logo

MDU-da dövlət qulluğu ilə bağlı seminar keçirilib - FOTO

13.11.2022 10:56 260 baxış
IMG

Noyabrın 11-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzində dövlət qulluğu ilə bağlı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, MDU-nun tələbə və magistrantlarının iştirakı ilə təşkil olunan seminar dövlət qulluğunda karyera inkişafı barədə gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

Məruzəçi, Mingəçevir Tibb Kollecinin İctimai fənlər müəllimi Kəmalə Hüseynova təqdimatla çıxış edib. Təqdimatda “Dövlət qulluğunun mahiyyəti”, “Dövlət qulluğu imtahanında iştirak üçün şərtlər və müraciət forması” və “Dövlət qulluqçusu olmağın üstünlükləri” mövzularına toxunulub və tələbələrin sualları cavablandırlıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti