Logo

AƏSMA-da valideynlərlə görüş keçirilib - FOTOLAR

12.11.2022 18:08 297 baxış
IMG

Noyabrın 12-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında valideynlərlə görüş keçirilib. 

Tehsil.biz xəbər verir ki, “Maliyyə-iqtisad” və “Sosial iş” fakültələrində I tədris ilində təhsilalan tələbələrin valideynləri təhsil müəssisəsinə dəvət edilib. 

Valideynləri salamlayan AƏSMA rektoru prof. Hüseyn Qaraşov  bildirdi ki, Akademiyada tələbələrlə və onların valideynləri ilə görüşlərin keçirilməsi ənənəvi xarakter daşıyır. Bu görüşlərdə əsas məqsəd bir sıra məsələləri müzakirə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdır. 

Rektor Hüseyn Qaraşov I tədris ilində təhsilalan tələbələrin tədrisə prosesinə uyğunlaşmaları, təlim-tərbiyə, sosiallaşma ilə bağlı tələbələrlə ünsiyyətin qurulması haqqında danışıb. 

Tələbələrin bilik və savadla yanaşı, həm də bacarıqlarının formalaşması istiqamətində işlərin aparıldığını nəzərə çatdırıb. 

Görüşdə valideynlər övladlarının uğurları, çətinlikləri barədə məlumatlandırılıb, qiymət göstəriciləri hər iki fakültə dekanları tərəfindən valideynlərə təqdim olunub, birlikdə müzakirələr aparıldı və tövsiyələr verilib. 

Valideynləri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda valideynlər yaratdıqları şəraitə görə AƏSMA rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Xəbər lenti