Logo

"Komputer otaqlarını elə qoruyullar ki, sanki silah bazasının təhlükəsizliyini təmin edirlər" - Ekspert

12.11.2022 15:32 571 baxış
IMG

Azərbaycan məktəblərdə informatika dərsləri keçirilmir, yalnız bu dərsin şatatlarda adı gedir. Şagirdlər informatika otaqlarına gedə bilmirlər. Gedə bilməməkləri bir yana Komputer otağının yerini belə bilmirlər. Bu məsələni müəllim və ya məktəb rəhbərliyindən soruşduqda müəyyən bəhanələr gətirərək qeyd edirlər ki, komputerlər xarabdır. Otaqda təmir və tikinti işləri aparılır.

Bu barədə "Tehsil.biz"ə təhsil eksperti Əli Ələkbərov deyib. O bildirib ki,

"Əgər biz İKT sahəsində uğur əldə etmək istəyiriksə məktəblərimizdə tədris olunan infotmatika dərslərinə diqqət yetirməliyik. İnkişafda olan xarici ölkələrə nəzər salsaq görərik ki, Əsas elmlərin mərkəzində İKT və komputer elimləri dayanır. 
Hesab edirəm ki, ölkəmizdə İKT-yə maraq azdır. Biz bilməliyik ki, bütün elmlərin açarı məktəbdədir. biz şagirdlərə məktəb dövründən bu fənnləri tədris etməliyik. Elm və Təhsil nazirliyinin verdiyi qərara əsasən 1-ci qrupa hazırlaşan abituriyentlərə informatika fənnindən də imtahan sualları olacaq. Məktəbdə işləyən müəllimlər düşünür ki, onsuz da bu fənn universitetdə tədris olunacaq məktəbdə keçilməsədə olar. amma elə deyil. Araşdırmalara əsasən bu fənndən imtahan verməli olan abituryentlər əlavə xərc çəkərək repetitor yanına hazırlığıa gedirlər. Bu fənnin yeni olması təbii ki, qiymətin də yüksək olmasına gətirib çıxarır. düşünün ki, abituriyent həm öz seçdiyi ixtisas qrupu üzrə hazırlaşır, həm də əlavə seçdiyi informatika fənni üzrə. Düşünürəm ki, kompyuter otaqlarının qapıları məktəblərdə bağlı qalmalı deyil həmən təhsil müəsisəsində təhsil alan şagirdlərin istifadəsi üçün onların ixtiyarına verilməlidir.
Çox gülünc bir vəziyyətdir. Komputer otaqlarını elə qoruyurlar ki, sanki silah bazasının təhlükəsizliyini təmin edirlər." - Ə. Ələkbərov bildirib.

Xəbər lenti