Logo

ASAPES-də inklüziv fiziki fəaliyyət üzrə beynəlxalq ekspertlə görüş keçirilib

12.11.2022 15:03 261 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə idman" İctimai Birliyinin (İNİ) tərəfdaş təşkilatların dəstəyi ilə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə"nin Böyük Britaniyadan olan “İnklujin Klub” (The inclusion Club) şirkətinin yaradıcısı və direktoru, inklüziv fiziki fəaliyyət və əlil idmanı üzrə beynəlxalq eksperti Ken Bleklə ASAPES-nin rektoru Fuad Hacıyev və professor-müəllim heyətinin iştirakı ilə görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, Layihənin rəhbəri, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Natiq Qasımov layihənin eksperti K.Bleki görüş iştirakçılarına təqdim edib. Daha sonra onun Bakıya səfəri çərçivəsində nəzərdə tutulan işlər və icra planlarının gələcək perspektivləri müzakirə edilib.

Qonaq Akademiyada yaradılmış mövcud infrastruktur və görülmüş işlərlə tanış olduqdan sonra layihənin işçi qrupu və və professor-müəllim heyəti qarşısında təqdimatlarla çıxış edib.

 

Xəbər lenti