Logo

Zaqatalada azyaşlı dəm qazından zəhərləndi

12.11.2022 11:31 260 baxış
IMG

Zaqatalada ana və qızı dəm qazından zəhərləniblər.

Tehsil.biz xəbər verir ki, hadisə noyabrın 11-dən 12-nə keçən gecə Zaqatala şəhər ərazisində baş verib.

Zaqatala rayon sakinləri olan 1996-cı il təvəllüdlü Nuranə Nemət qızı Əhmədli və onun azyaşlı övladı - 2015-ci il təvəllüdlü Damla Həmidova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından çıxan dəm qazından zəhərləndikləri məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.

Xəbər lenti