Logo

Monpelye Universitetinin doktorantı Biofizika İnstitutunda elmi məruzə ilə çıxış edib

11.11.2022 22:02 244 baxış
IMG

Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, seminarı giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov tədbir iştirakçılarına məruzəçi barədə məlumat verib.

Sonra “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində aparılan müsabiqənin qalibi olan və hazırda doktorantura təhsilini Fransanın Monpelye Universitetində davam etdirən Türkan Səmədovanın “Primatlarda immunoqlobulin ağır zəncirin genom tədqiqi” mövzusunda məruzəsi dinlənilib.

Gənc alim məruzəsində qeyd edib ki, dissertasiya işinin əsas məqsədi Primatlarda IGH zəncirini öyrənməkdir.

Məruzəçi çıxışının sonunda mövzu ilə bağlı sualları cavablandırıb.

Xəbər lenti