Logo

AzTU-da “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib

11.11.2022 20:45 267 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiadanın əhəmiyyətindən danışıb. Bildirib ki, tələbələrin keyfiyyətli təhsil almaları ilə yanaşı, onların sağlamlıqlarının qorunması da diqqət mərkəzindədir. Bu məqsədlə AzTU-da mütəmadi olaraq idman yarışları, spartakiadalar keçirilir. Sübhan Namazov “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiadada qalib olan komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, AzTU-nun İdman sarayında təşkil olunan yarışlar şahmat, stolüstü tennis, voleybol və futzal idman növü üzrə keçirilib.

Spartakiadanın nəticələrinə əsasən, şahmat üzrə yarışda birinci yerə Energetika və avtomatika, ikinci yerə Xüsusi texnika və texnologiya, üçüncü yerə isə İqtisadiyyat və idarəetmə fakültəsinin komandası layiq görülüb.

Stolüstü tennis idman növü üzrə qalib Energetika və avtomatika fakültəsinin komandası olub. Xüsusi texnika və texnologiya və Nəqliyyat və loqistika fakültəsinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

Voleybol yarışında birinci yerə İnformasiya və telekommunikasiya texnologiyaları, ikinci yerə Xüsusi texnika və texnologiya, üçüncü yerə isə Nəqliyyat və logistika fakültəsinin komandası layiq görülüb.

Futzal yarışının da qalibi İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin komandası olub. Maşınqayırma və robototexnika fakültəsinin komandası ikinci, Nəqliyyat və loqistika fakültəsinin komandası isə futsal yarışında üçüncü yerdə qərarlaşıb.

Xəbər lenti