Logo

Mütəxəssis: "Belə olarsa, əksər tələbə qətiyyən dərs oxumaz"

11.11.2022 19:31 362 baxış
IMG

"Qiymətləndirmə apararkən əgər 20-30 açıq sual əvvəldən verilir, sonra da həmin sualların cavabının harada olduğu material təqdim edilir, imtahandan yarım saat əvvəl də hansı 3 sualın çıxacağı tələbəyə məlum olursa, əksər tələbə qətiyyən dərs oxumaz".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib.

O qeyd edib ki, dərsin müasir elmi ədəbiyyatı varsa, belə tələbə ona nəzər yetirməz.

"İmtahandan əvvəl tezcənə öyrənilən isə uzunmüddətli yaddaşa düşməz. Bu praktika bəzi universitetlərimizdə var imiş. Məhz ona görə də tələbələr deyirlər ki, heç oxumadan universiteti bitirə biliblər. Biz deyəndə ki, universitetlərin giriş qapısını genəltmək lazımdır, daha deməmişdik ki, çıxış qapısı da geniş olsun. Girişi və çıxışı geniş olan universitetin məzunu adətən gəldiyi kimi də müəssisədən məzun olar. Yuxarıda qeyd etdiyim praktika əminəm çoxlarına tanışdır", - deyə mütəxəssis bildirib.

Xəbər lenti