Logo

Gömrük Akademiyasının tələbələri Konstitusiya gününə həsr olunmuş konfransda iştirak ediblər

11.11.2022 18:54 243 baxış
IMG

Polis Akademiyasında Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin ildönümünə həsr olunmuş “Azərbaycan konstitusionalizminin aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər. 

Tədbir respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda çıxış edənlər keçirilən tədbirin əhəmiyyətindən söz açaraq müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması tarixindən, onun hüquqi əsaslarından, Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıblar.

Daha sonra konfransda digər tələbələrlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Vüqar Əliyev də “Azərbaycan Konstitusiyasının inkişaf yolu” mövzusunda çıxış edib. 

Konfrans müzakirələrlə başa çatıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti