Logo

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib

11.11.2022 17:40 248 baxış
IMG

Noyabrın 11-də Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdir müavini Lalə Qədirova tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Energetika Nazirliyinin 31 əməkdaşı iştirak edib.

Təlim zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi, dövlət qulluğu və dövlət qulluqçusu anlayışı, dövlət qulluğunun vəzifə və prinsipləri, dövlət qulluğunu idarəetmə orqanları, dövlət orqanı anlayışı, dövlət orqanlarının təsnifatı haqqında məlumat verilib. Təlim iştirakçıları, həmçinin dövlət qulluğu vəzifəsi anlayışı, dövlət qulluqçusunun andı, dövlət qulluqçularının ixtisas dərəcələri, hüquq və vəzifələri, dövlət məvacibi, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğuna xitam verilməsi barədə məlumatlandırılıb.

Təlimin sonunda müvafiq mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti