Logo

Şagirdlərdən məktəb mühafizəçisi üçün pul yığıla bilər? - Ekspertdən AÇIQLAMA

11.11.2022 14:53 536 baxış
IMG

"Hər hansısa bir təhsil müəssisəsinin valideynlərdən pul yığmaq hüququ yoxdur".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndiyev deyib.

Ekspert bildirib ki, əgər valideyn könüllüü formada ödəniş etmək fikrində deyilsə, məktəb heyətinin heç bir üzvü ondan ödəniş tələb edə bilməz:

"Valideynin məktəbin hesabına pul köçürmək kimi öhdəliyi yoxdur, çünki dövlət icbari təhsili təmin edir və məktəbə lazım olan bütün xərclər dövlət hesabına qarşılanır. Məktəblərdə nəinki mühafizə pulu, bildiyim qədəri ilə hətta bəzi məktəblərdə təmizlikçipulu da yığılır ki, bu kimi hallar da istənilən halda yolverilməzdir. Bu kimi hallar qanunvericiliyin tələbinin pozulması deməkdir. Valideyn nə üçün mühafizə üçün pul verməlidir?"

E.Əfəndiyevin sözlərinə görə, yalnız müəyyən razılıq əsasında hansısa təşkilatçılıq ola bilər:

"Əgər dövlətin məktəblərin mühafizə olunması ilə bağlı bir qayda-qanunu varsa, o zaman bu əməkhaqları da dövlət tərəfindən ödənilməlidir. Yox, əgər məktəb bunu özbaşına təşkil edirsə, bununla bağlı konkret olaraq bütün valideynlərlə görüş keçirilməli, onun əsasında qərar verilməlidir. Yalnız müəyyən razılıq əsasında belə təşkilatçılıq ola bilər, məktəbin özbaşına təşkil etməsi və valideynlərdən buna görə ödəniş istəməsi yolverilməzdir".

Həmçinin oxuyun: Bakının bu məktəbində mühafizə pulunu müəllimlər və valideynlər ödəyir

Xəbər lenti