Logo

"İnsan kapitalı: problemlər, səmərəli istifadə və perspektivlər" mövzusunda konfran keçirilib - FOTOLAR

11.11.2022 13:20 321 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “İqtisadiyyat və İdarəetmə” kafedrasının müəllimi Lalə Cabbarlının təşkilatçılığı ilə 10 noyabr 2022-ci il tarixdə Zəfər Gününə həsr olunmuş "İnsan kapitalı: problemlər, səmərəli istifadə və perspektivlər" mövzusunda I Beynəlxalq Tələbə Elmi-Praktiki Konfransı keçirilib. 

Tehsil.biz xəbər verir ki, konfransda ilk olaraq Azərbaycanın dövlət himni səsləndirilib,  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyanın prorektoru prof. Fəhrad Möhbalıyev konfransın məqsəd və vəzifələrindən, əhəmiyyətindən söz açıb. Elm və təhsil Nazirliyi İqtisadiyyat İnstitutu, xüsusi tədqiqatlar üzrə baş direktor müavini iqtisad üzrə fəlsəfə doktoru dos. Allahyar Muradov "İnsan kapitalı: formalaşma, istifadə və yenilənmə" mövzusunda çıxış edib.

Karyera mütəxəssisi Orxan Mahmudov  "İnsan kapitalı və karyera" mövzusunda, Türkiyə Karamanoğlu Mehmetbey Universitetinin magistrantı vəkil Necmi Enes Akkaş “Sosial sərmayə” mövzularında  çıxış edibllər.

Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi qazisi İmran Rəcəbov müharibə haqqında öz təəssüratlarını konfrans iştirakçıları ilə bölüşüb.

Konfransın sonunda bütün iştirakçılar sertifikatla,  ilk 3 yeri tutan şəxslər isə  pul mükafatı ilə təltif ediliblər. 

Birinci yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı Gülnaz Sarızadə (500 AZN),ikinci yerə Dövlət Gömrük Komitəsi Akademiyasının tələbəsi Abasov Cəlal (300 AZN), üçüncü yerə Azərbaycan  Əmək və Sosial Münasibətlər Akademiyası tələbəsi Teymurzadə Aysun (200 AZN) layiq görülüblər. 

Tədbirin sonunda “Muğam“  instrumental ansamblının təqdimatında 44 günlük Vətən müharibəsinə həsr olunmuş musiqilər səsləndirilib.

Xəbər lenti