Logo

Tələbələr şəhid övladları ilə bir arada

10.11.2022 21:43 468 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qrupları tələbələrinin təşkilatçılığı ilə Zəfəri bizə qazandıraraq, şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan bildirilib.

Qeyd edilib ki, görüşdə şəhid, qazi övladları ilə vaxt keçirən tələbələr birlikdə müxtəlif oyunlar oynayıb, onlarla həmsöhbət olublar. Görüş, həm tələbələrdə, həm də qəhrəmanlarımızın övladlarında  xoş təəssüratlar yaradıb.

Xəbər lenti