Logo

AzMİU-nun tələbələri “Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzində olublar

10.11.2022 20:15 456 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Bakı Metropoliteni” QSC-yə ekskursiya təşkil olunub.

AzMİU-dan bildirilib ki, metropolitenin 55 illiyinə həsr olunan "Gəlin, bütün stansiyalara səyahət edək" adlı ekskursiyada Nəqliyyat fakültəsinin tələbələri iştirak ediblər.

Ekskursiya zamanı tələbələr metropolitenin Təlim-Tədris Mərkəzində də olublar. Onlara mərkəz haqqında ətraflı məlumat verilib. Daha sonra mərkəzdə yerləşən tikinti qurğularının maketləri ilə tanışlıq olub.

Xəbər lenti