Logo

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

10.11.2022 14:49 546 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri açıq qapı gününə dəvət edir.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər 2023/2024-cü tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbulun şərtləri və qaydaları ilə tanış ola, həmçinin MDU-nun Bakı filialının filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr pillələrində tədrislə bağlı hərtərəfli məlumat ala biləcəklər. 

Açıq qapı günü noyabrın 26-sı saat 14:00-da, Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında) ünvanında keçiriləcək.

Tədbir bitdikdən sonra, saat 16:00-da kampusa ekskursiya təşkil ediləcək.

Əlaqə üçün (012) 598 93 32 nömrəsindən istifadə etmək olar.

Xəbər lenti