Logo

BMU-da bp şirkətinin məlumatlandırma tədbiri keçiriləcək

10.11.2022 10:50 289 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin 2023-cü il üzrə elan etdiyi “Məzun və təcrübəçilərin işə qəbul proqramı” ilə bağlı məlumatlandırma tədbiri keçiriləcək.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, noyabrın 16-da saat 12:00-də universitetin Akt zalında təşkil olunacaq tədbirdə proqramda iştirakla bağlı ətraflı məlumatlar təqdim ediləcək.

Tədbirdə iştirak etmək üçün 14 noyabr 2022-ci il tarixinədək ərizə formasını doldurmaq lazımdır 

Xəbər lenti