Logo

AƏSMA-da “Zəfərin Mübarək, Vətən” adlı tədbir keçirilib - FOTO

08.11.2022 15:22 555 baxış
IMG

Noyabrın 5-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Riyaziyyat və informatika kafedrasının müdiri tex.ü.f.d. Niyar Umarovanın təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərin Mübarək, Vətən” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni və Vətən müharibəsində canından keçmiş şəhdlərimizin xatirəsini 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

Akademiyanın rəhbəri prof. Hüseyn Qaraşov çıxış edərək bildirib ki, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhə boyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı: "44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Bu tarix Qarabağa qovuşduğumuz tarixdir!"

Akademiyanın şəhidlərinə İlkin Ağakişiyev, İqbal Babayev, Əli Əhmədova və Aqşin Novruzova və Arəstə Baxışova həsr olunmuş video təqdimat göstərilib.

44 günlük vətən müharibəsində Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Rzalının atası Nuru Rzayev və müharibədə iştirak etmiş Akademiyamızın əməkdaşı Rəşid Yelmarlı və tələbələrimiz Cavad İsrafilov, Ruslan Hüseynov öz təəsuratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə 44 günlük vətən müharibəsinə həsr olunmuş videoçarxlar, rəqslər və səhnəciklər nümayiş olunub, şeirlər, musiqilər səsləndirilib.

Sonda rəhbərlik tədbirin təşkilində əməyi keçən hər bir əməkdaşı Niyar Umarova, Rüfət Həsənlini və tələbələrdən Elmir Rzalı, Röya Məmmədova, Aytac Həsənova, Ömər Sərxanlı, Zəhra Əhmmədzadə, Mirələm Musazadə, Kənan Baxışlı, Kənan Tağızadə, Nurlan Cəfərli, Nicat İsmayılov, Zülfüqar Süleymanov, Cahanə Abbasova, Bəhrəm Ağayev, Yusil İsmayılova öz təşəkkürünü bildirib.

Xəbər lenti