"Qəhrəman əsgərlərimizin Şuşanı işğaldan azad etməsi xəbərini eşidəndə çox sevinmişdim".
Bunu "Tehsil.biz"ə paytaxtın 82 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Rəsul Süleymanlı deyib.
O bildirib ki, 28 il sonra düşmən tapdağı altında qalan Şuşa şəhərinə qovuşmaq qürurverici hisdir:
"Azərbaycanın qələbəsi bizi çox sevindirdi, çünki biz həsrətində olduğumuz vətən torpaqlarına qovuşmuşuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, müharibə zamanı yaralanan əsgərlərimizə cansağlığı versin. Məktəbimizdə müəllimlərimiz bizə hər zaman vətənin nə demək olduğunu, vətən torpağını göz bəbəyimiz kimi qorumalı olduğumuzu öyrədirlər".