Logo

Tahir Məmmədov: "Bu gün Azərbaycanın ən gözəl günlərindən biridir"

08.11.2022 13:14 401 baxış
IMG

"Bu gün məkanımız Şəhidlər Xiyabanı, İkinci Fəxri Xiyabandır".

Bunu "Tehsil.biz"ə Şəhid ailələri, əlillər və müharibə veteranlarının ictimai birliyinin sədri Tahir Məmmədov bildirib 

O qeyd edib ki, Vətən müharibəsi şəhidlərini yad etmək üçün bütün Azərbaycan xalqı İkinci Fəxri Xiyabana axın edir:

"2020-ci ilin sentyabr ayının 27-də Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyuldu, düşmən tapdağı altında olan müqəddəs torpaqlarımız işğaldan azad edildi. İşğal altında olan torpaqlarımızın azad edilməsində xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin ən böyük gücü bütün dünyaya sübut olundu. Azərbaycan xalqı şəhidlərinin yanında olduğunu hər zaman sübut edir. Xalqımızın birliyi müharibə dövründə arxa cəbhədə də sübut olundu. Bu gün uşaqlı-böyüklü hamı bir ağızdan Qarabağ Azərbaycandır deyir".

Xəbər lenti