Logo

Gömrük Akademiyasında Zəfər günü ilə bağlı elmi tədbir keçirilib - FOTO

05.11.2022 20:21 893 baxış
IMG

Noyabrın 5-də Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Elmi Cəmiyyətinin Zəfər gününə həsr olunmuş elmi-praktik tədbiri keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova iştirakçıları salamlayaraq bu əlamətdar gün münasibətilə onları təbrik edib.

Cəmilə Namazova tədbirin əhəmiyyətindən söz açaraq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbədən, Azərbaycanın artan iqtisadi qüdrəti və siyasi nüfuzundan, Azərbaycan Ordusunun və əsgərinin qəhrəmanlığından bəhs edib. Akademiyanın rəis müavini gənclərə Azərbaycan xalqının şanlı tarixini daha dərindən öyrənməyi tövsiyə edərək gələcək nəsillərə zəfərlə dolu bir tarixin ötürülməsinin vacibliyini vurğulayıb.

Daha sonra dəyirmi masada iştirak edən tələbələrin Zəfərə gedən yol, post-müharibə dövründə iqtisadi-siyasi məsələlər, dövlət müstəqilliyinin qorunması, Azərbaycan müstəqilliyinin bərpasından sonra xarici siyasət, müstəqilliyin möhkəmləndirilməsində Heydər Əliyevin tarixi rolu və s. mövzularda məruzələri dinlənilib, təqdimatları nümayiş etdirilib.

Xəbər lenti