Logo

Müəllimlərin maaşlarının artırılması təklif olunub

05.11.2022 13:11 2094 baxış
IMG

“Müəllimlərin maddi vəziyyətinin yaxşılışdırılması istiqamətində addımlar atmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ceyhun Məmmədov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda universitet müəllimlərinin əməkhaqlarında fərqlər var:

"Bəzi universitetlərinin müəllimlərinin əməkhaqqı yüksək, digər universitetlərdə isə 2-3 dəfə aşağıdır. Müəllimlərin maddi vəziyyətinin yaxşılışdırılması istiqamətində addımlar atmalıdır. Tələbələrin təqaüdlərinin artırılması məsələsi də gündəmdə olmalıdır”.

Ceyhun Məmmədov bildirib ki, təhsil sahəsində müşayiət olunan tendensiyalardan biri kişilərin elm sahəsinə maraq göstərməməsidir: 

“Onlar daha çox özəl sahəyə maraq göstərirlər. Bu baxımdan burada maaşların artırılması önəmli məsələlərdəndir”. 

Xəbər lenti