Logo

ADNSU tələbələrinə “Əmək bazarı və tələbləri” mövzusunda master-klass keçirilib

05.11.2022 11:08 416 baxış
IMG

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində Karyera və Təcrübə Mərkəzinin meneceri Aytac Məlikovanın təşkilatçılığı ilə Şəxsi inkişaf, Karyera təlimçisi və Mentoru Cavidan Səfərli tərəfindən tələbələrə master-klass keçirilib.

Tehsil.biz xəbər verir ki, “Əmək bazarı və tələbləri” mövzusunda təşkil olunan master-klass tələbələrin böyük marağına səbəb olub. Mütəxəssis C.Səfərli CV məlumatlarının necə tərtib edilməsi, bu zaman  hansı nüanslara diqqət yetirməyin vacibliyi və mövzu ilə bağlı digər mühüm nüanslar haqqında tələbələrə məlumat verib. O bildirib ki, əmək bazarı və onun tələbləri zamanı xırda detallar nəzərə alınmalı, işə götürülən namizəd özünü düzgün təqdim etməyi bacarmalıdır. Tələbələrin aktiv iştirak etdiyi görüşdə 3 nəfərə Cavidan Səfərli tərəfindən karyera bazarında özünü doğrultamaqla bağlı görüşlərə ödənişsiz iştirak etmək imkanı yaradıb.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb, onların gələcək iş planları haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti