Logo

Bakıda Rusiya ali məktəblərinin sərgisi keçiriləcək

05.11.2022 09:33 510 baxış
IMG

Noyabrın 10-11-də Bakıdakı Rus Evində Rusiya ali məktəblərinin sərgisi keçiriləcək.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, sərgidə ölkənin 9 şəhərindən Rusiyanın 16 ali məktəbi təmsil olunacaq.

Sərgidə Rusiya Xalqlar Dostluğu Universiteti, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, A.İ.Hersen adına Rusiya Dövlət Humanitar Universiteti, Kazan Federal Universiteti və başqaları iştirak edəcəklər.

Xəbər lenti