Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqı sədrləri, gender məsələləri üzrə komissiya sədrləri, gənc fəallar üçün “Həmkarlar ittifaqı liderinin imici. Uğurlu qadın: həyat yoldaşı, ana, rəhbər” mövzusunda təşkil olunmuş 5 günlük kurslarda AƏSMA Magistratura şöbəsinin müdiri, f.f.d., dos. Zeynəddin Şabanov “İmic və gender həssaslığı”, “Qadın və ailə: dəstək, sahibə, ana” mövzusunda məruzələrlə ilə çıxış edib.
Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan bildirilib.
Z.Şabanov məruzəsində ailədə və cəmiyyətdə gender bərabərliyi, gender mədəniyyəti, qanunvericiliyin gender eynəyindən keçirilməsi, ayrı-seçkilik halları və ona qarşı mübarizə yolları, qadınları ictimai-siyasi fəallğı kimi məsələlərə toxunub.
Diskussiya şəklində keçən treninqdə maraqlı oyunlardan da istifadə olunub, sorğular keçirilib, fikir mübadiləsi aparılıb, maraqlı təkliflər irəli sürülüb.

