Logo

Qaxda 17 yaşlı qız qətlə yetirilib

04.11.2022 22:56 456 baxış
IMG

Qaxda 17 yaşlı qız qətlə yetirilib.

“Tehsil.biz"in məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Cavanşir Rəhimov küçəsində baş verib.

Belə ki, həmin ünvanda kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, o, bıçaqlanaraq öldürülüb.

Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Xəbər lenti