Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə 44 günlük Vətən Müharibəsi şəhidlərinin yaxınları və qazilər iştirak edib.
Məktəb direktoru Nuranə Vəliyevanın rəhbərliyi ilə keçirilən tədbirdə Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan XTQ-nin giziri Nicat Qarayevin anası çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Tədbirə gələn qonaqlar yüksək səviyyədə tədbir təşkil etdiyinə görə direktor Nuranə Vəliyevaya təşəkkürlərini bildiriblər.



