Logo

"Zəfərin mübarək, Azərbaycan!" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib

04.11.2022 18:43 295 baxış
IMG

Noyabrın 4-də Lənkəran rayon Q.Zeynalov adına Darquba kənd tam orta məktəbində Zəfər bayramına həsr olunmuş "Zəfərin mübarək, Azərbaycan!" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri, Lənkəran rayon ağsaqqallar şurasının sədr müavini, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin müdiri, Lənkəran Dövlət Universitetinin prorektoru, qazi və şəhid ailə üzvləri iştirak edib.

Sonda Vətən müharibəsinin şəhidi, Darquba kənd tam orta məktəbinin məzunu, şəhid Eşqin Cəfərzadənin xatirəsinə salınmış park ziyarət olunub.

Xəbər lenti