Logo

Tornaçı ixtisası üzrə peşə hazırlığı kursuna müraciətlər qəbuluna başlanılır

04.11.2022 18:32 317 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində "Tornaçı" ixtisası üzrə peşə hazırlığı kursuna müraciətlər qəbul edilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə verilən məlumata görə, 8 həftə müddətində davam edəcək kursa elektron ərizə forması üzərindən noyabrın 7-nədək müraciət qəbul olunur.

Qeyd edək ki, peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər. İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlar elektron qaydada müraciət edə və ya xidmət yerinə (DOST Mərkəzləri və ya Regional Məşğulluq filialları) şəxsən yaxınlaşa bilərlər.

Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Xəbər lenti