Logo

Azərbaycanda 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb - YENİLƏNİB

04.11.2022 17:36 268 baxış
IMG

Daxili İşlər Nazirliyi Göyçay rayonunda toyu planlaşdırılan 14 yaşlı qızla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb:

“Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunublar, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir”.

13:51

Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri toy etməyə hazırlaşırlar.

"Tehsil.biz"in məlumatına görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verdiyini deyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".

Xəbər lenti