Logo

Respublika fənn olimpiadalarının tapşırıqları hansı mövzuları əhatə edir?

04.11.2022 15:46 1675 baxış
IMG

Respublika fənn olimpiadalarının proqramı məktəb proqramı ilə məhdudlaşmır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilib və www.olimpiada.edu.az saytında yerləşdirilib.

Qeyd edək ki, noyabrın 11-i saat 11:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start veriləcək.

Xəbər lenti