Logo

Laçın rayon 28 nömrəli tam orta məktəbdə Zəfər Günü tədbiri keçirilib

04.11.2022 15:10 498 baxış
IMG

Laçın rayon 28 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Şanlı Zəfər Günü barədə ətraflı məlumat verilib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətindən və Vətən müharibəsində hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə çıxışlar edilib.

Xəbər lenti