Logo

“Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması” layihəsinin açılışı olub - FOTO

04.11.2022 14:33 380 baxış
IMG

Oktyabrın 28-də “Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması” layihəsinin açılış tədbiri baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə layihə təşkilatçıları, şagirdlər və valideyinlər, eyni zamanda dəvət edilmiş digər qonaqlar iştirak ediblər.

Bakı şəhəri 306 nömrəli məktəbin akt zalında baş tutan təbirdə ilk çıxışı giriş sözü ilə Bakı Gültəkin Ədilova edib. Daha sonra çıxış edən layihə rəhbəri Rəsmiyyə Bayramova iştirakçılara layihə haqqında məlumat verib və uşaqlara uğurlar arzulayıb. Sonda təlimçi Asiman Qocayev təlimin gedişatı ilə bağlı texniki məsələləri təlimin gələcək iştirakçıları ilə müzakirə edib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verildi və eyni zamanda şagirdlərin vacib hesab etdikləri sosial problemlər və bu problemlər üçün mümkün həll yolları ilə bağlı fikirləri alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən layihə kritik düşüncəyə malik olan, təşəbbüskar və sosial-aktiv vətəndaşların yetişdirilməsinə töhfə vermək, şagirdlərin aktiv və məsuliyyətli vətəndaşlıq, sosial məsuliyyət barədə biliklərini artırmaq, şagirdlərin idea formalaşdırılması, kiçik ölçülü layihə yazılması və icra olunması barədə praktiki bacarıqlara yiyələndirmək, məktəbin sosial fəaliyyətlər üzrə strategiyasını formalaşdırmaq və cəmiyyətin sosial inkişafını artırmaq kimi məqsədlərini ehtiva edir.

Xəbər lenti