Logo

ADU-da “Zəfər tariximizdir” adlı tədbir keçirilib

04.11.2022 13:59 246 baxış
IMG

Azərbaycan Dillər Universitetində Magistratura, Doktorantura və Elm şöbələrinin birgə təşkilatçılığı ilə zəfər gününə həsr olunmuş “Zəfər tariximizdir” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Universitetin Elm məsələləri üzrə prorektor, professor Novruz Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən söz açıb. O, müharibəni xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadilə olduğunu qeyd edib.

Magistratura şöbəsinin dekanı, dosent Firuzə Rzayeva 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən və bu tarixi qələbənin sevincindən bəhs edib.

Tədbirin Vətən müharibəsi iştirakçıları olan qonaqları – Xüsusi təyinatlı qazi (XTQ ) Ceyhun Sadrayev, Qazi Polkovnik leytinant Rüstəm Quliyev, Tankçı gizir Ramin Şirinov müharibə ilə bağlı xatirələrindən və göstərdikləri şücaətdən danışıblar.

Tədbirdə XTQ qazi Ceyhun Sadrayevin “Zəfər tariximiz” adlı qısa metrajlı filminin təqdimatı olub.

Xəbər lenti