Logo

Şagirdlərin Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil edilib - FOTOLAR

04.11.2022 13:47 300 baxış
IMG

Zəfər Günü ilə əlaqədar Qubadlı rayon A.Mustafayev adına Zilanlı kənd tam orta məktəbinin III-IV, C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbinin IV sinif şagirdlərinin Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil edilib.

Tehsil.biz xəbər verir ki, muzeyin əməkdaşı tərəfindən şagirdlərə Şanlı qələbəmizdən, vətən oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Qubadlı rayonunun tarixi keçmişi və bu tarixi özündə əks etdirən eksponatlar haqqında məlumat verilib.

Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Xəbər lenti