Logo

BDU-da Zəfər Gününə həsr olunmuş “Şeir və incəsənət günü” keçirilib

04.11.2022 12:05 237 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Zəfər Gününə həsr olunmuş “Şeir və incəsənət günü” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov 44 günlük Vətən müharibəsi zamanı qazandığımız Böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını vurğulayıb. Qələbəmizin sonsuz qürur hissi doğurduğunu deyib.

Bildirilib ki, şanlı Zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb. Zəfər Günü hər bir azərbaycanlı üçün böyük iftixar günüdür.

Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudov Vətən müharibəsinin tarixi əhəmiyyəti, regionda yaranan reallıqlar barədə söz açıb. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən biri olduğunu diqqətə çatdırıb.

Sonra Tarix fakültəsinin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xəbər lenti