Logo

BDU-nun Hüquq fakültəsinin tələbələri cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə tanış olublar - FOTOLAR

04.11.2022 11:39 260 baxış
IMG

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Tehsil.biz xəbər verir ki, tədbir 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar ədliyyə orqanları və məhkəmələrlə tanışlıq aylığı çərçivəsində reallaşıb.

Tələbələr beynəlxalq standartlara uyğun inşa edilmiş cəzaçəkmə müəssisəsinin fəaliyyəti, qadın məhkumların saxlanma şəraiti barədə müfəssəl məlumat alıblar. Məhkumların çalışdıqları istehsalat sahələri, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış klub, kitabxana, ibadət otağı, peşə məktəbi, habelə müasir avadanlıqla təchiz olunmuş tibb-sanitar hissəsi və yeməkxana tələbələrdə böyük maraq doğurub.

Tanışlıq zamanı, həmçinin qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin çıxışları izlənilib.

Tələbələrin Penitensiar Xidmətin fəaliyyəti, müvafiq hüquqi normativ sənədlərlə bağlı sualları cavablandırılıb.

Xəbər lenti