Logo

BANM tələbələri intellektual yarışın qalibi olublar

04.11.2022 09:47 249 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət komandalar Neftçi Mühəndislər Cəmiyyətinin (NMC) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bölümünün təşkil etdiyi “Oillionaire” adlı intellektual yarışın qalibi olublar.

Tehsil.biz xəbər verir ki, BANM-i təmsil edən komandalar I, II və III yerlərə layiq görülüblər. 

I yerin qalibi olan “We Couldn't Find a Name” komandasının üzvləri Taliyə Məmmədhəsənzadə, Nicat Səfərəliyev, Şükran Əlizadə, Şəmsi Mürsəlli, II yerin qalibi “GoTigers!” komandasının üzvləri Orxan Nəsibov, İlkin Həzizadə, Ramin Əsgərli, Emin Mürsəlli və III yerin qalibi “PeChenye” komandası üzvləri isə Ayşən Zülfiyeva, Afaq Həşimova, Xalid Orucovdur.

”Oillionaire” adlı intellektual yarışda Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət 15 komanda iştirak edib.

Yarışda suallar Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyini əhatə edib.

Xəbər lenti