Logo

8 Noyabr- Zəfər Gününə həsr olunan intellektual bilik yarışması keçirilib

03.11.2022 21:59 335 baxış
IMG

Naxçıvan Dövlət Universitetində 8 Noyabr- Zəfər Günü ilə əlaqədar fakültələrarası bilik yarışması keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov 44 günlük Zəfər tarixinə nəzər salıb. Sonra bildirib ki, bu cür bilik yarışları tələbələrin dünyagörüşünə müsbət təsir göstərir.

3 turdan ibarət intellektual yarışın I turunda Azərbaycan ədəbiyyatı və tarixi, zəfər, informatika, idman, II mərhələdə Fizika, Azərbaycan incəsənəti, 44 günlük müharibə, anatomiya, məntiq,  final turunda isə Qarabağ Azərbaycandır mövzusu üzrə 5 sual təqdim edilib.

Bütün mərhələlər üzrə suallara tez və düzgün cavab verən Tarix-filologiya fakültəsi bu yarışın qalibi olub. Fizika-riyaziyyat fakültəsi II, İqtisadiyyat fakültəsi isə III yeri qazanıb. Qaliblərə diplomlar təqdim edilib.

Xəbər lenti