Logo

Tələbələr BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər

03.11.2022 18:24 255 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbələri universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Muzeyinin direktoru Zəkiyyə Kərimova muzey haqqında tələbələrə məlumat verib. Bildirib ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.

Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, bu böyük şəxsiyyət haqqında Universitet alimlərinin yazdığı kitablar tələbələrdə böyük təəssürat yaradıb.

Xəbər lenti