Oktyabrın 27-də Business Development Center şirkətinin həmtəsisçisi, Yevlax və Gəncə Kiçik və Orta Biznes inkişaf mərkəzinin eksperti Elvin Hüseynov tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial İş fakültəsinin tələbələri üçün "Sosial Tərəfdaşlıq" layihəsi çərçivəsində "İdeyadan Biznesə" mövzusu üzrə təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimdə tələbələr ideya nədir, ideyanı necə biznesə çevirmək olar, biznesdə təməl prinsiplər, investorlara müraciət qaydaları və s. barəsində məlumatlandırılıb.
Gələcək fəaliyyətdə birgə əməkdaşlıq haqqında razılığa gəlinib.



