Logo

Microsoft daxili reklamları olan kompüter yaratmağı planlaşdırır

02.11.2022 22:50 295 baxış
IMG

Amerikanın “Microsoft ” şirkəti daxili reklam və abunə xidmətlərinə malik olacaq ucuz kompüterlərin hazırlanmasına başlamaq qərarına gəlib.

"Tehsil.biz"in məlumatına görə ,belə bir layihənin göstəriciləri korporasiyanın saytındakı vakansiyaların yenilənmiş siyahısında yer alıb.

Məsələn, Microsoft yeni biznes modelini inkişaf etdirəcək top menecer axtarır. Təsvirə görə istiqamət rəhbəri qiyməti yeniliyə daxil edilmiş pullu xidmətlər hesabına kompensasiya ediləcək ucuz kompüterin hazırlanması və buraxılması üzrə işlərə rəhbərlik edəcək.

“Microsoft” korporasiyası “Microsoft 365” kimi xüsusi bulud xidmətləri ilə inteqrasiya olunacaq belə kompüterlər xətti yaratmağı planlaşdırır. Güman edilir ki, bu məqsədlər üçün korporasiya “Windows 11”in reklamla xüsusi versiyasını yaradacaq.

Belə kompüter modellərinin ilk növbədə özəl şirkətlərin istifadəçilərinə satılması, daha sonra isə tədricən digər alıcıların istifadəsinə verilməsi planlaşdırılır.

Xəbər lenti