Logo

Texniki Universitetdə növbəti elmi seminar keçirilib

02.11.2022 19:00 428 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının növbəti elmi seminarı keçirilib.

AzTU-dan bildirilib ki, seminarda kafedranın əməkdaşı Eldagiz Zamanlı “Simurq alqoritmi” mövzusunda məruzə ilə çıxış edib. O, alqoritmin çoxtərəfli kriptoqrafik hesablamalar əsasında onlayn lotereya tipli müsabiqələrin keçirilməsi üçün nəzərdə tutulduğunu, ölkəmizdə praktiki tətbiq sahələrinə istinad etməklə məsələnin aktuallığını qeyd edib və alqoritmin addımlarını diqqətə çatdırıb.

Sonda suallar cavablandırılıb.

Xəbər lenti