İbtidai sinif şagirdlərinin riyazi məntiqi inkişafı üçün oyun əsaslı məntiqi inkişafı stimullaşdıran tədris vəsaitinin və riyazi oyunların internet resursları üzərində hazırlanması və müəllimlərin bu vəsait və oyunlardan təris prosesində necə istifadə edəcəkləri ilə bağlı təlimlərin keçrilməsini hədəfləyən “OynaTap” layihəsinin təqdimatı keçrilib.
Tehsil.biz xəbər verir ki, layihəElm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olub. Təqdimat Bakı şəhərində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə baş tutub. Tədbirdə Kəlbəcər rayon məktəblərində çalışan ibtidai sinif müəllimləri, Kəlbəcər Rayon Təhsil Sektorunun, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları iştirak edib.
Layihə rəhbəri Sona Şirinova bildirib ki, ibtidai siniflərdə riyaziyyat fənni üzrə müasir tələblərə cavab verən və proqramı əhatə edən didaktik materiallar kifayət qədər olsada mənimsəmə səviyyəsi çox zaman istədiyimiz nəticəni vermir. Bu problemi nəzərə alaraq bir neçə ildir ki, riyazi məntiq oyunları üsulundan tədris etdiyim sinifdə tətbiq edirəm və nəticələrdə yaxşı olur. Bu gün internet imkanları geniş olduğu üçün həmin oyunların geniş yayılmasına, eləcə də şagirdlərin asüdə vaxtlarında oynayaraq sadə riyazi bacarıqlarını inkişaf etdirməyə, məntiqi təfəkkürlərini yaxşılaşdırmağa imkan yaradır. Təklif etdiyimiz “OynaTap” layihəsi yuxardakı problemlərin qismən də aradan qaldırılmasını hədəf seçib. Bu layihə vasitəsi ilə ibtidai siniflərdə şagirdlərin proqramda nəzərdə tutulan materialları daha dəqiq və əyləncəli şəkildə mənimsətməklə, onlarda müasir tələblərə cavab verən tapşırıqlarla işləmək bacarıqlarını formalaşdıracaqdır. Təcurbəmə və müşahidələrimə əsasən deyə bilərəm ki, oyun və oyun elementlərindən tədris prosesində mövzulara uyğun istifadə olunması, oyunlaşdırma şagirdlərin dərsə marağını artırır, eyni zamanda onlarda komanda şəkilində işləmək, problem həll etmək kimi bacarıqlarını inkişaf etdirir və özünə inam hissi formalaşdırır.
Tədris materalları əsasında hazırlanacaq “oynatap” layihəsi innovativ yenilikləri nəzərə alaraq tam müasir tələblər səviyyəsində xüsusi QR kodlarla hazırlanacaq və həmin QR kodlar açıq resurslarda paylanılacaq ki, istənilən məkandan şagirdlər müstəqil öyrənmələrini təmin edə bilsinlər. Bu layihə həmçinin internetdə zərərli oyunlara meyl edən şagirdlərində düzgün istiqamətləndirilməsinə kömək olacaq.
Daha sonra çıxış edən tədbir iştirakçıları layihənin əhəmiyyətindən və təhsilimizə verə biləcək yeniliklərdən danışıblar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)