Logo

Təhsil eksperti: "Uşaq bağçalarının açılması asan olmalıdır"

02.11.2022 15:46 339 baxış
IMG

"Uşaq bağçalarının açılması prosedurunda müəyyən yeniliklərə getmək lazımdır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Qoşqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bağçaların açılması asan olmalıdır:

"Bağça lisenziyasının verilməsi prosesi daha asan olmalıdır. Monitorinq isə sıx və mütəşəkkil olmalıdır ki, özəl tədris müəssisələri də tabe olsun və standartlara cavab versin. Standartlar yenilənsə, yeni statistika daha ümidverici olacaq”.

Ekspert bildirib ki, kənar yerlərdə bağçaların sayı çox azdır:

"Ona görə də mərkəzi yerlərdə bağçalara gedən çoxdur. Bəzi yerlərdə bağça var, amma az uşaq gedir. Buna çox nadir hallarda rast gəlmək mümkündür. Valideynlər övladlarını bağçaya göndərməkdə maraqlıdırlar. Bəzi yerlərdə yetərli qədər bağça yoxdur, digərlərində isə sıxlıq var. Hər iki halda uşaqlar bağçaya gedə bilmirlər”.

Xəbər lenti