Logo

Məcburi köçkün məktəblərini necə seçmək olar?

02.11.2022 13:35 432 baxış
IMG

Məcburi köçkün məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon/şəhər seçib qeydiyyatdan keçmək lazımdır.

Tehsil.biz xəbər verir ki, məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa, vətəndaş şəxsi kabinetin əlaqə bölməsindən müraciət etməlidir.

Qeyd edək ki, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.

Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Xəbər lenti