Logo

AQTA-nın mətbuat katibi işindən ayrılıb

02.11.2022 12:48 298 baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb. 

"Tehsil.biz"in məlumatına görə, A.Fərziyeva tutduğu vəzifədən öz xahişi ilə ayrılıb.

Qeyd edək ki, 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb. Aysel Fərziyeva bundan əvvəl Lider TV və ATV-də aparıcı kimi işləyib. AQTA-da çalışdığı dövrdə isə “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə müəllifi, eyni zamanda “Süfrə” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.

Xəbər lenti